!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Bakıdakı səfirliyinə qarşı rüşvət ittihamı: “3 min dollar ver, “deport”u götürək”

!Reklam – Yazi

Rusiyanın Azərbaycandakı səfirliyinin rüşvət qarşılığında deportasiya qadağasını aradan qaldırdığı iddia olunur.

Bu barədə Yenicag.az-a Rusiya ərazisinə gedişi əsassız olaraq qadağan edildiyini bildirən Azərbaycan vətəndaşı məlumat verib.

İddiaçının sözlərinə görə, Ukraynada təhsil aldığı müddətdə – 2016-cı ildə yay tətili zamanı qatarla Azərbaycana gələrkən Rusiyanın Dağıstan Respublikasında yerləşən sərhəd-keçid məntəqəsində pasportuna qanunsuz olaraq, “Deportasiya” qrifi vurulub:

“Təəccüblüdür ki, pasportuma “Deportasiya” qrifi vurulduğu zaman hətta vaqonu tərk etməmişdim. Buna baxmayaraq, deportasiya edilmiş şəxs kimi qeydiyyata götürüldüyümü qatarla Ukraynaya qayıdanda öyrəndim.
Həmin sərhəd-keçid məntəqəsində 5 il müddətinə Rusiyaya girişimin qadağan olunduğu bildirildi. Məcbur qalıb Ukraynaya başqa marşrutla qayıdası oldum. Təbii ki, barəmdə verilmiş deportasiya qərarıın ləğvi üçün Rusiyaya müraciət göndərdim. Lakin buna əhəmiyyət verilmədi.

Daha sonra məlumat aldım ki, Dağıstandakı sərhəd-keçid məntəqəsində çox sayda Azərbaycan vətəndaşının pasportuna qanunsuz “Deportasiya” qrifi vurulub. Bunun təsadüfi olmadığını başa düşüb, səbəbini aydınlaşdırmağa çalışdıq.

Öyrəndik ki, bütün bunlar sərhəd-keçid məntəqəsində işləyən gənc erməni qadının əməlləridir. O, məlum Aprel döyüşlərindən sonra Azərbaycan vətəndaşlarından özünəməxsus şəkildə qisas almaq üçün çox sayda insanın pasportuna qanunsuz olaraq, “Deportasiya” qrifi vurub və bunu elektron sistemə daxil edib. Maraqlıdır ki, həmin qadının bir müddət əvvəl cinayət başında yaxalanaraq, həbs olunduğunu eşitdik”.

Həmsöhbətimiz deyir ki, deportasiya qadağasını götürmək üçün Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib. Burada o daha böyük “sürpriz”lə qarşılaşıb:

“Sözsüz ki, qadağanı götürmək üçün cəhdlərimi dayandırmadım və bu məqsədlə Rusiyanın Bakıdakı səfirliyinə müraciət etdim. Məni və daha bir neçə nəfəri qəbul edən Rusiya vətəndaşı olan səfirlik əməkdaşı deportasiya qadağasının götürülməsi üçün nə az, nə çox – 3 min dollar rüşvət istədi. Əlbəttə ki, onun təklifi ilə razılaşmadıq. Bir neçə il ərzində Rusiyaya getməmək bizim üçün problem deyil. Sadəcə, çox maraqlı və təəccüblüdür ki, Rusiya diplomatları Bakıda öz dövlətlərini yüksək səviyyədə təmsil etmək əvəzinə, rüşvətxorluqla məşğuldurlar”.

A.Zeynalov

www.yenicag.az

2466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv