Rusiyanın Baş naziri Mixail Mişustin bazar ertəsi İrana rəsmi səfər edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı İran prezidenti Məsud Pezeşkian və birinci vitse-prezident Məhəmməd Rza Areflə görüşlər planlaşdırılır.