Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus Su-34 qırıcı-bombardmançı təyyarəsi Volqoqrad vilayətində qəzaya uğrayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Təyyarə boş əraziyə düşüb. Uçuş döyüş sursatı olmadan həyata keçirilib. Yerdə dağıntı yoxdur”, – məlumatda deyilir.
Bildirilib ki, pilotlar sağ qalıblar.
Təyyarənin qəzaya uğramasının ilkin səbəbini nazirlik texniki nasazlıq kimi müəyyən edib./unikal