Ukraynaya hərbi yardım çərçivəsində bu ölkəyə göndəriləcək “Leopard” tanklarının çox effektli olacağı bildirilir.
Yenicag.az preavda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə Polşa ordusunun generalı Valdemar Skşipçak danışıb.
Generalın sözlərinə görə, Qərb ölkələri Ukraynaya həmin tankların göndərişini gecikdirməməlidirlər:
“Leopard-2” tankları çox təkmil hərbi texnikadır. Ukraynaya isə bu savaşda “tank yumruğu” lazımdır. Rusiyanın “Leopard” tankları ilə döyüşdə heç bir şansı yoxdur. Avropa ölkələrinin bir çoxunun arsenalında bu tanklardan var. Əgər o ölkələrin hər biri Ukraynaya müəyyən sayda həmin tanklardan versəydi, azı iki tank taboru yaradıla bilərdi.
Ancaq Ukraynanın güclü “tank yumruğu”na malik olması üçün ona 350-400 tank verilməlidir”.