Rusiyanın bu vilayətində fövqəladə vəziyyət elan edildi

Tuva hakimiyyəti meşə yanğınlarının yayılması ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya vilayətinin rəhbəri Vladislav Xovalıq məlumat yayıb.

“Meşə yanğınları ilə əlaqədar Tuvada fövqəladə vəziyyət tətbiq edirik”, – deyə Xovalıq bildirib.

Xovalıq izah edib ki, isti hava, güclü külək və quru tufan tayqada yeni yanğınların yaranmasına səbəb olub. Respublika ərazisində artıq 23 meşə yanğını qeydə alınıb ki, onun da sahəsi təxminən 1700 hektara bərabərdir.

COP29