Rusiyanın cavabı gecikmədi: Sanksiyalara görə məsuliyyət daşıyacaqlar

Rusiya Xarici İşlər Nazirliyi antirusiya sanksiyalarına görə Avropa İttifaqı və Almaniya hökumətinin məsuliyyət daşıyacağını açıqlayıb.

Yenicag.Az xarici KİV-lərə istinadən xəbər verir ki, Almaniyanın “Siemens” şirkətinin Rusiyaya satdığı təbii qaz borularının Krımda istifadə edilməsinə görə Rusiyaya sanskiya tətbiq edən Avropa İttifaqına Rusiyanın cavabı gecikməyib.

Rusiya Xarici İşlər Nazirliyi sözügedən qərara görə təəssüfünü dilə gətirərək qərarın həm beynəlxalq hüquq normalarına, həm də bütövlükdə beynəlxalq münasibətlərin prinsiplərinə birbaşa zidd olduğunu bildirib:

“Aİ və Almaniya bu qərara görə “Siemens” və Rusiyada işləyən digər Almaniya və Avropa şirkətlərinin xərcləri də daxil olmaqla, tam məsuliyyət daşıyacaq”.

Aytac
Yenicag.az