!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın cənubunda uçuşlara məhdudiyyət müddəti uzadıldı

!Reklam – Yazi

Rusiyanın cənubundakı hava məkanında mülki təyyarələrə qoyulan uçuş qadağasının müddəti sentyabrın 22-dək uzadılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bildirib.

Uçuş məhdudiyyəti Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Elista şəhərlərində ümumilikdə 11 hava limanına şamil olunur.

Sərnişinləri Soçi, Stavropol, Volqoqrad, Mineralnıe Vodı şəhərlərinin hava limanlarına aparmaq tövsiyə edilir.

Regionda uçuşlara mövcud qadağanın müddəti sentyabrın 16-da bitməli idi.

Xatırladaq ki, Rusiya Ukraynadakı müharibə ilə əlaqədar fevralın 24-də ölkənin cənubunda hava məkanını bağladığını bildirmişdi./Trend/

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv