!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın daha bir aviaşirkəti Azərbaycana uçuşlar həyata keçirəcək

!Reklam – Yazi

Rusiyanın “Uralskie avialinii” aviaşirkəti Azərbaycanda reyslərin həyata keçirilməsi üçün icazə əldə edib.

Yenicag.Az-ın məlumatına görə bu, Rusiya Hava Nəqliyyatı Agentliyinin saytında yer alan Aviadaşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə qurumlararası komissiyanın protokolunda qeyd olunub.

Protokolda bildirilir ki, “Uralskie avialinii” həftədə dörd dəfə olmaqla Sankt-Peterburq-Gəncə marşrutu ilə uçuşlar həyata keçirmək hüququ qazanıb.

Bundan başqa, protokolda “Uralskie avialinii” tərəfindən Sankt-Peterburq-Bakı reysinin də həyata keçirilməsi üçün səsvermə keçiriləcəyi yer alıb.

Yenicag.Az

www.yenicag.az

648
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv