Rusiyanın daha bir hücum təyyarəsi vuruldu

Donetskdə Rusiyaya məxsus Su-25 hücum təyyarəsi vurulub.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

“Ukrayna Milli Qvardiyasının əsgərləri “İqla man” mobil zenit-raket kompleksindən istifadə edərək, Donetsk vilayətində döyüş tapşırığı yerinə yetirən Rusiyaya məxsus Su-25 hücum təyyarəsini vurub”, – məlumatda deyilir.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.

COP29