Rusiyanın daha bir vertolyotu qəzaya düşdü – Ölənlər var

1158706400fghRusiya Silahlı Qüvvələrinə məxsus Mi-28N vertolyotu Suriyada qəzaya uğrayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, qəza Suriyanın Homs şəhərində, ayın 12-sinə keçən gecə baş verib.

Qəza zamanı 2 heyət üzvünün öldüyü bildirilir. Pilotların cəsədi artıq evakuasiya olunub. Cəsədlər Hmeymim aviabazasında saxlanılır.

Qəzanın səbəbləri araşdırılır. İlkin məlumatlara əsasən, təyyarəyə heç bir atəş açılmayıb.(Aznews)