Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moskvada “Crocus City Hall”da 100-dən çox insanın həyatına son qoyan terror aktının şərikləri kimi ABŞ, Böyük Britaniya, Fransa və Almaniya liderlərinin adını çəkib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın keçmiş prezidenti “X” sosial media platformasında yazıb.
“Hörmətli ABŞ və Avropa ölkələrinin rəhbərləri! Kiyevdə vəd edilən milyon rubldan danışan və ora çatmaq üçün Rusiya-Ukrayna sərhədində boşluqdan keçməli olan terrorçuların açıqlamaları sizə bəs etmir? Deməli, terror aktını İŞİD sifariş edib, eləmi?” – deyə o qeyd edib.
Medvedev bildirib ki, Moskva vilayətindəki terror aktının əsl sifarişçiləri “Ukraynalı Bandera tərəfdarlarıdır”.
Yenicag.az