Rusiyanın sabiq prezideti Ukrayna ilə müharibənin yekunlaşdırılmasının “yol”unu göstərib.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Rusiyanın eks-prezidenti, hazırda Təhlükəsizlik Şurası sədrinin müavini olan Dmitri Medvedev özünün “Telegram” kanalındakı paylaşımında dünyanı yenə nüvə silahı ilə təhdid edib.
Keşmiş prezident Ukraynada müharibəni yekunlaşdırmaq üçün iki variantın olduğunu yazıb:
“Ümumiyyətlə, istənilən müharibə, hətta dünya müharibəsi çox tezliklə başa çatdırıla bilər. Bunun üçün ya sülh sazişi imzalanır, ya da ki ABŞ-nin 1945-ci ildə Yaponiyanın iki şəhərinə endirdiyi nüvə zərbəsindən istifadə edilir.
Onlar, həqiqətən, o zaman hərbi kampaniyaya başladılar və bunun qiyməti 300 min dinc sakinin ölümü oldu”.