Ukrayna ordusu ehtimal ki, Xarkov vilayətinin Volçansk şəhərində Rusiyanın 83-cü elit Hava Desant Briqadasını darmadağın edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb.
“Rusiyanın Qələbə Günü hücumu rus qoşunları üçün qan gölünə çevrilib. Bu hücum ağır artilleriyanı Xarkova yaxınlaşdırmaq və ya hətta şəhərin özünə doğru irəliləmək üçün geniş ərazi tutmaq məqsədi daşıyırdı. Amma nə o, nə də bu baş verdi. 9 May hücumundan bir neçə həftə sonra, təxminən 30 min rus əsgəri sərhəddən bir neçə mil cənubda, Volçansk şəhərində sıxışıb qaldı”, – nəşr bildirib.
Məlumata görə, Rusiyanın 83-cü elit Hava Desant Briqadası çoxlu sayda itki və döyüşməkdən imtina edənlər səbəbindən döyüş effektivliyini itirib və onu bərpa etmək üçün Volçanskdan geri çəkilib:
“Əgər məlumat təsdiqlənərsə, bu, təxminən yeddi alay və briqadadan ibarət Rusiyanın yeni Şimal qoşun qrupu üçün ciddi itki olacaq”.
Qeyd edək ki, 83-cü Hava Desant Briqadası Rusiyanın ən elit döyüş bölmələrindən biri hesab olunur. Yaz aylarında briqada Çasov Yar istiqamətində də döyüşmüşdü.