Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Rusiyanın ən zəngin ailələri açıqlandı

“Forbes” jurnalı Rusiyanın ən zəngin ailələrinin reytinq cədvəlini tərtib edib.

Yenicag.az xəbər verir ki, siyahıda ilk yeri 5,97 milyard dollar sərvətə malik Qutseriyev ailəsi tutub.

Maraqlıdır ki, ötən il də “Forbes”in oxşar reytinq siyahısında məhz Qutseriyevlər birinci olmuşdular. Həmin dövrdə onların sərvəti 9,91 milyard dollar idi. Geridə qalan bir ildə həmin sərvətin böyük hissəsini itirməsinə baxmayaraq, Qutseriyev ailəsi yenə zirvədə qərarlaşıb.

“Forbes”in reytinqində ikinci yeri Rotenberq ailəsi tutub. Jurnal onların sərvətini 4,85 milyard dollar miqdarında dəyərləndirib. Halbuki, ötən il Rotenberq ailəsinin sərvəti 4,2 milyard dollar idi.

Üçüncü pilləni isə Valentin Qapontsev və onun oğlu Denis tutub. Onların ümumi sərvətinin 3,14 milyard dollar olduğu bildirilir. Halbuki, onlar ötən il reytinqin heç ilk onluğuna da daxil deyildilər.

Varlı ailələrin reytinqi tətbiq olunarkən onlara məxsus aktivlərin qiymətləri, şirkət səhmləri, daşınmaz əmlak, eləcə də şəxsi əmlak qeydə alınıb. “Forbes”in siyahısına dövlət məmuru olaraq deyil, ancaq sahibkarlıq yolu ilə sərvət qazanan ailələr daxil edilib.

www.yenicag.az

412
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS