Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Rusiyanın erməni demarşı: Kremlin yeni təzyiqləri nəyə hesablanıb?  

Reklam: Sinerji Pro

Moskva Rusiya vətəndaşı olan ermənilərin Azərbaycana buraxılmamasına yönələn qəzəbini açıq şəkildə büruzə verməkdədir.

Yenicag.Az bildirir ki, Azərbaycanın Rusiya vətəndaşı olan erməniləri ölkəyə buraxmamasından “narahatlığını” bildirən Moskvanın bu gedişi şimal qonşumuzun yeni təxribatlar hazırlığında olduğunu göstərir.

Ötən həftənin ən yaddaqalan hadisələrindən biri də Rusiya Xarici İşlər Nazirliyi İnformasiya Departamentinin (!) Azərbaycana qarşı təhdid xarakterli bəyanatı oldu. Azərbaycanın Rusiya vətəndaşı olan ermənilərin ölkəyə buraxılması üçün xüsusi prosedur tətbiq olunduğuna dair açıqlaması ilə qane olmayan Moskva Bakını nə az, nə çox – “etnik ayrı-seçkilik”də günahlandıraraq, “bundan nəticə çıxartmağa” çağırıb:

“Ölkəyə gələn Rusiya vətəndaşları həqiqətən etnik əlamətlərə görə ayrı-seçkiliyə məruz qalırlar. İlin əvvəllərindən etibarən 25 RF vətəndaşının Azərbaycana girişinə icazə verilməyib. Bir qayda olaraq, onlar ( hətta bir dəfə 4 yaşlı uşaqla olan qadın) saatlarla Bakı aeroportunda saxlanılıblar (bir sıra hallarda yeməksiz, susuz və tibbi yardımsız), daha sonra zorla öz hesablarına geri göndəriliblər.

Bu cür davranışlara vətəndaşlarımızın soyadlarının, adlarının və ata adlarının erməni mənşəli olması əsas gətirilib. Amma soyadı, adı və ata adı rus mənşəli olan şəxslərin də “erməni əsillərinin” olub- olmaması üçün dindirildiyi hallar da olub. Bütün bunlar vəhşilikdir. Biz hələ Rusiya vətəndaşlarının hüquqlarının birbaşa pozulduğunu demirik”.

Göründüyü kimi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasında birbaşa iştirak edən, təcavüzkar ölkəyə dəstəyini bir an da dayandırmayan Rusiya bu çərçivədə daha irəli getməyə həvəslənib. Yoxsa Moskva Azərbaycandan Rusiya ermənilərinin “xətrinə dəyməməyi” belə sərt şəkildə tələb etməzdi.
Bir çoxları üçün gözlənilməz olsa da, Azərbaycanın xarici siyasət idarəsi Rusiyanin bu təhdid dolu iradına müəyyən qədər adekvat reaksiya verdi. Xarici İşlər Nazirliyi məsələ ilə bağlı cavabında Rusiyanın bəhs edilən davranışının qeyri-etik olduğunu bildirib və sözügedən məhdudiyyətin səbəbləri bir daha göstərilib.

Ancaq növbəti günlərdə müşahidə olunan bəzi hadisələr Rusiyanın “erməni narahatlığı”nın hansı məqsədlərdən qaynaqlandığını təxmin etməyə imkan yaradır. Konkret desək, Rusiyanın Azərbaycan əsilli bəzi tanınmış erməniləri “ata-babalarının doğulduğu torpaqları” ziyarət etmək niyyətlərini mətbuat vasitəsilə ictimailəşdirməkdədirlər.

Haqqın.Az portalının (yeri gəlmişkən, bu sayt ermənilərlə barışığın ən alovlu təbliğatçılarından biridir) məlumatına görə, Rusiyanın tanınmış “Spartak” futbol klubu Tibb Departamentinin rəhbəri Mixail Vartapetov bu arzusunu açıq şəkildə dilə gətirib. Vartapetov championat.сom saytına açıqlamasında “atasının vətəni olan Bakıya” getmək istədiyini bildirib. O, əslən Qarabağdan olduğunu xüsusi qeyd edib:

“Əcdadlarım Qarabağlıdırlar, onların bir hissəsi sonralar Bakıya köçüblər. Atam orada doğulub, müharibədən sonra “Bolşoy teatr”a daxil olaraq, Moskvaya köçüb. Anam rusdur. Qanım şimal və cənub qarışıqlıdır. Atam deyirdi ki, Azərbaycanda ermənilərə hər zaman xoş münasibət göstəriblər.
Bakıda heç vaxt olmamışam. Erməni soyadım Azərbaycana getməyimə imkan vermir. Ancaq ata-babalarımın doğulduqları torpaqları görməyi çox arzulayıram. Arvadım da Bakı ermənisidir”.

Yəqin ki, Vartapetovdan sonra başqa tanınmış ermənilər də Azərbaycana səfər arzularını bəyan edərək, bu niyyətlərini həyata keçirə bilməmələrindən gileylənəcəklər. Moskva isə onları bu arzularına qovuşdurmaq üçün Bakıya təzyiqlərini artıracaq. Hər halda, planetdə xüsusi “Rus dünyası” yaratmağı hədəfləmiş Kreml indi də “Erməni aləmi” qurmağa çalışır.

Ən acınacaqlısı budur ki, Rusiyanın ermənilərin Azərbaycana ayaqlarını açmaq siyasətinin dəstəkçiləri Bakıda da kifayət qədərdir. Ermənilərlə dostluq və barışıq platformasının Azərbaycandakı təmsilçiləri bu istiqamətdə davamlı kampaniya da aparırlar.
O baxımdan, Rusiyanın ermənilərin Azərbaycana buraxılmaması ilə bağlı yuxarıda qeyd olunan iradlarına Bakıda haqq qazandıranların olması heç kəsi təəccübləndirməsin.

Elə bilirsiz, “Beşinci kolon” deyilən dəstənin xüsusi tanıma nişanı olur?

A. Zeynalov
Yenicag.Az

www.yenicag.az

456
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM