Rusiyanın Ermənistan planı – Aksiyaların pərdəarxası məqamları

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan ölkənin baş naziri seçilib.

Qarabağ terrorçularının hakimiyyətindən narazı olan yüz minlərlə insan artıq günlərdir ki, buna qarşı etiraz edirlər.

İrəvan küçələrindəki səs-küyə baxmayaraq, Kreml regionda nəzarətini möhkəmləndirmək üçün növbəti siyasi əməliyyatını həyata keçirməkdə qərarlıdır. Çünki Rusiya bu nəzarət funksiyasından de-fakto hərbi məqsədlər üçün istifadə edir. Müxalif ekspertlər hesab edirlər ki, Moskva nəyin bahasına olursa olsun Ermənistanda hakimiyyət dəyişikliyinə yol verməyəcək. Belə ki, hakimiyyətə Qarabağ terrorçularından ibarət agentliyi vasitəsilə nəzarət edir.

Odur ki, mövcud hökumətin müdafiəsi üçün Rusiya Ermənistana əlavə güc yeritməyə də hazırdır. Gümrüdə yerləşən hərbi bazadan paytaxta içərisində xüsusi təyinatlılar olan 12 hərbi maşın göndərilib. Hələ ki,hər kəs Rusiyanın ucbatından bütün regional iqtisadi layihələrdən tamamilə təcrid olunmuş Ermənistandakı vəziyyəti müşahidə edir. Müxalif  liderlər hesab edirlər ki, Sarkisyanın baş nazir təyin olunması fəlakətdir.

Bu, Ermənistanın müstəqilliyinin itirilməsinə səbəb olacaq. Məna etibarilə bu, Ermənistanın Rusiyanın tərkibinə daxil edilməsi deməkdir. Belə ki, hazırki hakimiyyət regionda Kremlin quberniyası rolunu icra edir. Lakin hadisələrin gedişi onu deməyə əsas verir ki, aksiyalarda başlıca məqsəd Sarkisyanın yolunu bağlamaqdan daha çox mövcud rejimi dəyişməkdir.

Müxalif  lider Nikol Paşinyan mitinqdə hər kəsə rəsmən elan etdi ki, aksiya keçirilməsində məqsəd Sarkisyanı hakimiyyətdən uzaqlaşdırmaq deyil, Ermənistanı Rusiyanın hərbi-siyasi təsirindən və Qarabağ terrorçuları zülmündən qurtarmaqdır. Belə ki Rusiya “bədheybət” kimi məqsədli şəkildə ölkəni “udmağa” doğru gedir.

“Yeni Çağ” Analitika şöbəsi

COP29