Ukrayna Silahlı Qüvvələri Rusiyanın Sevastopol Gəmi Zavodunu raketlərlə vurub.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlayıb.
Bildirilib ki, hücum nəticəsində yanğın baş verib, 2 nəfər ölüb, azı 24 nəfər yaralanıb. Onlardan 4-nün vəziyyəti orta ağırdır.
Şəhər qubernatoru Mixail Razvojayev qeyd edib ki, böyük bir desant gəmisi və dizel-elektrik sualtı qayığı vurulub./unikal