!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Gürcüstana təzyiqləri davam edir - Kreml bu dəfə Suriya kartını işə salır

!Reklam – Yazi

Ötən gün Suriyanın Xarici İşlər Nazirliyi Dəməşqin Abxaziya və Cənubi Osetiya separatçılarının müstəqilliyini tanıdığını bəyan etdi.

Bu məsələ ilə bağlı Yenicag.ru-ya danışan gürcü politoloq Gela Vasadze Bəşər Əsədin başqa bir seçim haqqı olmadığını deyib :

“Baxmayaraq ki, Əsəd heç bir ciddi statusa malik deyil və onun hakimiyyəti “ipdən asılı” vəziyyətdə qalıb. Suriya Yaxın Şərqdə Abxaziya və Sxinvaliya rayonlarının “müstəqilliyi”ni tanıyan ilk ölkədir. Təkrar edirəm ki, bu, çox xoşagəlməz faktdır. Gürcüstan buna qarşı müqavimət göstərə bilərdimi? Bu çox maraqlı sualdır. Təbii ki, müxalifətin fikrincə, bu, hökumətin öz işini tam mənasıyla görməməsindən irəli gəlib. Digər tərəfdən, Əsədin yəqin ki, başqa bir seçim haqqı olmayıb. Bununla Gürcüstanın siyasi imici çətin ki, zədələnmiş olsun. Bu addım tamamilə başqa bir məqsəd daşıyır və bu zamanla aydınlaşacaq”.

Dəməşq belə bir addıma Kremlin razılığı olmadan getməzdi. Rusiya-Gürcüstan münasibətlərinin normallaşması fonunda Moskva tərəfindən belə bir münasibət Kremlin səhnəarxası oyunlar oynaması fikrini də formalaşdırır. Politoloq hazırda Gürcüstanla münasibətlərin gərginləşməsinin Rusiyaya nə üçün lazım olduğuna aydınlıq gətirməyə çalışıb:

“Danışıqların səhnəarxasında nə baş verdiyini bilmirik. Böyük ehtimalla, Abxaziyadan keçən nəqliyyat dəhlizinin açılması üzrə Karasin və Abaşidze danışıqları uğursuz olub. Yəqin ki, Rusiya dəhlizə dəmiryolunun da daxil ediləcəyinə ümid edirdi, Gürcüstanın isə bu barədə öz şərtləri var. Yəqin ki, Rusiya çoxdandır hazırlanan və Kremlin çəkməcəsində “yatan” “müstəqilliyin tanınması”ndan indi Gürcüstana təzyiq vasitəsi kimi istifadə edir. Bəlkə də, məsələ ABŞ və Rusiya arasında hazırlanan Cənubi Qafqaz üzrə yeni sazişin şərtləri ilə bağlıdır. Moskva və Vaşinqton arasında bu istiqamətdə danışıqlar davam edir. Bu danışıqlar hələ ki, Dövlət Departamenti və Rusiya XİN-in məmurları arasında gedir. Onların nə qədər uğurlu olacağını demək çətindir. İlk olaraq ağıla məhz bu gəlir. Rusiyaya bu gərginləşmənin nə üçün lazım olmasını isə yaxın zamanlarda görəcəyik”.

www.yenicag.az

2864
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv