!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Hadrut OYUNU: "Xocalı və Xocavəndin qarşılığında təklif edilir ki..." - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Həmin qüvvələr maraqlıdır ki, sərhəddə qarşıdurma olsun”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistan-Azərbaycan sərhəddində atəşkəsin tez-tez pozulmasına münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov səsləndirib.

Tərlan Eyvazov bildirib ki, atəşkəsin pozulmasında maraqlı tərəflərdən biri Rusiyadır:

“Atəşkəsin pozulması nə erməni cəmiyyətinin, nə də hakimiyyətinin marağına uyğundur. Erməni cəmiyyəti yorulub, hətta deyərdim, erməni dövlətinin qalıb-qalmaması məsələsi həll olunur. Bu müharibədən sonra başa düşməyən ermənilər də anladı ki, müharibə onların sonu deməkdir. Ermənistan türk və müsəlman ölkələrlə əhatə olunub. Onların revanşizmdə ikinci İsrail olmaq imkanları yoxdur. Sərhəddə atəşkəsin tez-tez pozulması Rusiya amili ilə bağlıdır. Erməni ictimaiyyətində, ordusunda, hətta Paşinyan hakimiyyətinin içərisindəki bəzi kəsimlərdə sərhəddə baş verən proseslərlə razılaşmayan, Qaragöl və digər yerlərdə Azərbaycanın öz sərhəddini bərpa etməsi ilə razı olmayanlar var. Həmin qüvvələr maraqlıdır ki, sərhəddə qarşıdurma olsun. Beynəlxalq ictimaiyyətin də buna diqqəti olsun. Erməni tərəfi uzaqgörənlik edərək bu məsələni beynəlxalq arenaya çıxarmaq və Azərbaycana təzyiq etmək istəyir.

Təbii ki, əsas maraqlı olan tərəf Rusiyadır. Ermənistanın, demək olar, sərhədlərinin böyük hissəsini Rusiya qoruyurdu. İndinin özündə də Rusiya qüvvələri əraziyə gətirilməkdədir. Rusiya demək istəyir ki, mən olan yerdə problem olmur. Rusiyanın bunu etməsinə səbəblərdən biri də bəzi tələblərinin yerinə yetirilməməsidir. Rusiya Hadrutu alıb ermənilərə vermək istəyir. Hətta Xocalı və Xocavəndi Hadrutun qarşılığında təklif edildiyi deyilir. Azərbaycan tərəfi, təbii ki, buna razı ola bilməz. Hadrutun getməsi Şuşanın itirilməsinə gətirib çıxarar”.

Səxavət Məmməd

www.yenicag.az

6293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv