Rusiyanın hərbi helikopteri Krımda qəzaya uğradı

Rusiyanın Mi-24 hərbi helikopteri Krımın qərb sahili yaxınlığında Qara dəniz üzərində qəzaya uğrayıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qəzaya səbəb kimi texniki nasazlıq göstərilib. Təfərrüatlar hələ ki, məlum deyil.

Qeyd edək ki, Ukrayna mətbuatı Krımda Rusiya helikopterinin vurulması barədə məlumat yayıb.

COP29