Suriyanın Hama əyalətində Rusiya Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində pilotlar ölüb.
Yenicag.az xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
“Mi-24” tipli helikopter dekabrın 31-də Hamada tapşırığın icrası zamanı qəzaya uğrayıb. Hadisə ilə məlumat isə yanvarın 3-də yayılıb.