Rusiyanın “Luna-25” avtomatik stansiyası Ayın səthi ilə toqquşaraq, fəaliyyətini dayandırıb.
Yenicag.az xəbər verir ki, stansiya “Soyuz-2.1b” raket daşıyıcısı ilə avqustun 11-də orbitə çıxarılmışdı. Avqustun 16-da stansiya Ay ətrafındakı orbitə çıxıb, 21-də isə aparat Ayın səthinə enməli idi.
“Luna-25” avtomatik planetlərarası stansiyasının Ayın cənub qütbünə enməsi planlaşdırılsa da, bu, baş verməyib və avqustun 19-da “Roskosmos” “Luna-25”in göyərtəsində “nəzərdə tutulmamış vəziyyət”in ortaya çıxdığını açıqlayıb./Azertag/