Oğlunu itirəndən sonra səhnə fəaliyyətinə fasilə verən Xalq artisti, sevilən müğənni Nazpəri Dostəliyeva sevənlərinin intizarına son qoyub. Efirlərə çıxan, yaradıcılığını davam etdirən müğənni uzun fasilədən sonra solo konsert proqramı ilə də çıxış edəcək.
Bunu Yenicag.az-a açıqlamasında müğənni özü bildirib.
O, səhnə fəaliyyətini bərpa etməklə vaxtsız vəfat edən oğlunun da arzusunu yerinə yetirmiş olacağını deyib:
“Konsertimin vaxtı dəqiqləşib. İnşallah, iyunun 26-da Moskvada sevənlərimin qarşısında çıxış edəcəm. Bununla oğlumun da arzusunu yerinə yetirmiş olacam. Efirdə də söylədim, Əli son nəfəsimdə mənə dedi ki, ana, haqqını halal et, səni sevənlərin gözünü yolda qoyma. Əliyə söz verdim ki, səhnəyə qayıdacağam. İlk dəfə efirə çıxanda balam yuxuma girdi. Gördüm ki, gülür, çox sevinclidir, soruşuram, Əli, niyə gülürsən? Dedi ki, sənə görə çox sevinirəm. Bilirəm ki, ruhu şaddır, sevinir. Mənə olan sonsuz sevgi və dəstəyə görə xalqıma minnətdaram”.
Qeyd edək ki, Xalq artistinin 41 yaşlı övladı qəfildən ürək çatışmazlığından dünyasını dəyişib. Sənətçi oğlunun ölümündən sonra səhnə fəaliyyətinə fasilə vermişdi.
Cəvahir