Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana gəlir

Fevralın 8-də Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gələcək.

İqtisadiyyat Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, səfər çərçivəsində əvvəlcə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının dövlət sərhədində Azərbaycan və Rusiya nümayəndə heyətləri Yaraq-Qazmalar” sərhəd buraxılış məntəqəsində yenidənqurma və rekonstruksiya işlərinə, “Samur” sərhəd buraxılış məntəqəsinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçirəcək.

Bu layihələr Azərbaycanın nəqliyyat-tranzit imkanlarının reallaşmasında əhəmiyyətli olmaqla yanaşı, Azərbaycan-Rusiya əməkdaşlığına, iki ölkə arasında artan ticarətin daha da genişlənməsinə əlverişli şərait yaradacaq.

Fevralın 9-da isə Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının inkişafı imkanları müzakirə ediləcək, Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulacaqdır.

www.yenicag.az

1289
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM