Reklam

Reklam

Tula xəstəxanasının reanimasiya şöbəsinə “Soloma” ləqəbli 39 yaşlı Aleksey Salomatin adlı şəxs yerləşdirilib.

Yenicag.az xəbər verir ki, Salomatinin “oğru” titulu əlindən alınsa da, o, özünü “qanuni oğru” adlandırırdı. Məhz bu addımına görə də “Soloma” cəzalandırılıb.

“Soloma”ya titulu 2013 -cü ildə “Lotu Quli” kimi tanınan qanuni oğru Nadir Səlifovun qardaşı Namiq Səlifov tərəfindən verilmişdi. Salomatinin xaç atası 54 yaşlı Vladimir Juravskiy hesab edilirdi. “Vova Puxlıy” ləqəbi ilə tanınan bu şəxs Lotu Quliyə yaxın olan adamlardan idi.

Qulinin hazırda keçmiş SSRİ ərazisində nömrə 1 hesab edildiyinə görə, bu hadisə birbaşa olaraq, ona qarşı törədilib. PrimCrime-ın məlumatına görə, Quli artıq Rusiyaya “yol açmağa” başlayıb. O, hər gün İstanbuldakı villasında Rusiyanın müxtəlif bölgələrindən olan oğru aləminin nümayəndələrini qəbul edir.

Həmçinin, məlumatda Salomatinin titulunun 64 yaşlı “Şakro Molodoy” ləqəbi ilə tanınan Zaxari Kalaşov tərəfindən alınıb. Kalaşov bu gün Rusiyanın kriminal aləminin başçısıdır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4549
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."