Rusiyanın Litvadakı səfirliyi binanın partladılması ilə bağlı hədə mesajı alıb.
Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, çərşənbə axşamı, dekabrın 13-də Rusiyanın Vilnüsdəki səfirliyinin əməkdaşları səfirlik binasının partladılacağı barədə xəbər alıblar.
Mesajı göndərənlər partlayışın dəqiq nə vaxt baş verə biləcəyinə dair açıqlama verməyiblər.
Polis əməkdaşları səfirliyin ərazisinə baxış keçirib və heç bir şübhəli əşya aşkar etməyiblər.