Rusiyalı müğənni Vitas saxlanılıb.
Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun öz evinin yaxınlığında tapançadan atəş açması olub. Odintsovo şəhər məhkəməsi müğənnini 7 sutkalıq həbs edib.
Qeyd edək ki, beş il öncə Vitas avtomobillə gənc qızı vurduğuna və hadisə şahidləri ilə mübahisəyə görə, 100 min rubl məbləğində cərimələnmişdi.