Rusiyanın müdafiə nazirinin müavini vəzifəsindən azad edildi

Rusiyanın müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini ordu generalı Dmitri Bulqakov vəzifəsindən azad edilib.

Yenicag.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Qeyd olunub ki, onu bu vəzifədə general-polkovnik Mixail Mizintsev əvəz edəcək./Report/