Rusiyanın müharibədə qətlə yetirdiyi uşaqların sayı açıqlandı

Rusiya əsgərləri Ukraynada 374 uşağı öldürüb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu “Telegram”da məlumat yayıb.

“2022-ci il avqustun 23-də səhər saatlarına olan məlumata görə, Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində 1097-dən çox uşaq xəsarət alıb. 374 uşaq ölüb, 723-dən çox uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar”, – məlumatda deyilir.