Rusiyanın NATO TƏLƏBİ: “Ukrayna və Gürcüstan bu ölkə üçün problemdir” – POLİTOLOQ

“Ukrayna və Gürcüstan Rusiya üçün problemdir. Onlar NATO-ya getmək istəyirlər”.

Bunu Rusiya ilə NATO arasındakı Cenevrə görüşü və görüşdən gözləntiləri politoloq Zərdüşt Əlizadə Yenicag.az-a şərh edərkən deyib.

Zərdüşt Əlizadə bildirib ki, Rusiyanın tələbi Ukrayna və Gürcüstanın NATO-ya qəbuluna son verilməsidir:

“Rusiya tələb edir ki, postsovet ölkələrindəki hərbi obyektlər götürülsün. O ölkələrdə hərbi bazalar olmasın. Təbii ki, Qərb yox deyəcək. Bu zaman da Rusiya öz tədbirlərini görəcək. Rusiya bəzi ərazilərə orta məsafəli raketlər qoya bilər. Rusiya Ukraynaya təzyiqi artıra bilər. Rusiya bunları bacarar.

Azərbaycan Rusiya ilə dost ölkədir və NATO-ya getmək istəmir. Ona görə də, Azərbaycan üçün heç bir təhlükə yoxdur”.

Səxavət Məmməd