Rusiyanın neft bazası və dəmiryol vağzalı vuruldu

Ukrayna hərbçiləri işğal altında olan Donetsk vilayətinin Şaxtyorsk şəhərindəki Rusiyanın neft bazası və dəmiryol vağzalına zərbələr endiriblər.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Zərbələrin HIMARS raketləri ilə endirildiyi bildirilib.

Hücum yanacaq dolu dəmiryol çənlərinin alışmasına səbəb olub./Oxu.az/