Rusiyanın neft çənləri vuruldu

Ukrayna Rusiyanın Bryansk vilayətinin Suraj rayonunda dizel çənlərini  vurub. 

Yenicag.az xəbər verir ki, yanğın pilotsuz uçuş aparatından atılan bomba nəticəsində baş verib.

Yanğının sahəsi dörd min kvadratmetrə qədər artıb.

Hazırda yanan çənlərin yanında yerləşən digər yanacaq çənlərinin soyudulması işləri aparılır.

Partlayış nəticəsində ölən və yaralananlar olmadığı bildirilib.