!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyanın "NEOSOVET" SSENARİSİ: "SSRİ-nin yenidən bərpası kimi bir iddia..." - Amerikalı politoloqdan REAKSİYA

Reklam: High Technic

“Bu, ABŞ-nin rəhbərlik etdiyi Qərbin əsas media və onların regional tərəfdaşları tərəfindən yayılan saxta xəbərlərdir”.

Bu fikirləri amerikalı politoloq Andryu Koribko Yenicag.az-a açıqlamasında deyib.

O qeyd edib ki, Rusiyanın xarici hərbi yerləşdirmələri heç bir siyasi dəyişikliyə səbəb olmayıb:

“Yeganə istisna Krımdır, lakin Rusiya BMT tərəfindən tanınmasa da, 2014-cü ilin yazında keçirilən referendumundan sonra onu öz ərazisi hesab edir.

ABŞ Qazaxıstanda son baş verən hadisələr fonunda KTMT-nin buraya sülhməramlı göndərməsini narahatlıqla qarşılayaraq “neosovet” ssenarisi ilə bağlı qorxuya düşüb.

Ölkə prezidenti Tokayev sülhməramlıların iki gündən sonra ölkədən çəkiləcəyini və bu prosesin 10 gündən çox çəkəcəyini vurğulayıb. Proseslərin belə irəliləməsi Rusiyanın SSRİ-ni yenidən bərpa etmək istədiyi yönündəki iddiaları boşa çıxarır.

ABŞ rəqibinin yeni siyasətindən qorxur, buna görə də SSRİ-nin yenidən bərpası kimi bir iddia ortaya ataraq informasiya müharibəsi aparırdı”.

www.yenicag.az

240
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100