Rusiyanın nüvə müharibəsi TƏHDİDİ: “Bu, dünyanın sonunu gətirəcək”

“Rusiya, sözün əsl mənasında, nüvə müharibəsinə hazırlığın görüntüsünü verir”.

Bu fikri Yenicag.az-a açıqlamasında dünyada nüvə müharibəsinin olma ehtimalını dəyərləndirən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, nüvə müharibəsi dünyanın sonunu gətirəcək.

“Nüvə silahından istifadə etmək istəyənlərin özü də bilir ki, nüvə müharibəsi başlanacaqsa, bu, bəşəriyyətin tamamilə məhvinə gətirib çıxaracaq.

Son zamanlar daha çox taktiki nüvə silahlarından danışırlar. Bunu gündəmə gətirən daha çox Rusiyadır. Rusiyada belə bir fikir ortaya atıblar ki, ABŞ ballistik raketlərin sayını artırır. Bunu sübut edəcək heç bir dəlil yoxdur. Ruslar hətta bildirir ki, ABŞ qabaqlayıcı nüvə silahından istifadə etmək istəyir. Ruslar əl-ayağa düşüblər, “İsgəndər-M” raketlərini üzə çıxarıblar, onlara nüvə başlığı quraşdırmağa başlayıblar. Rusiya sözün əsl mənasında nüvə müharibəsinə hazırlığın görüntüsünü verir, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, Rusiya müharibədən əl çəkmək istəmir:
“Ruslar nə qədər hay-küy qaldırsa da, nüvə müharibəsi olmayacaq”.

Səxavət Məmməd

COP29