!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyanın nüvə silahından istifadəsi də döyüş meydanında heç nəyi dəyişməyəcək” – MKİ-nin sabiq şefi

!Reklam – Yazi

“Avropa bu qış təbii qaz çatışmazlığı ilə üzləşsə belə, Ukraynaya yardım məsələsində “sınmayacaq”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukraynaya hərbi təcavüzü davam etdirən Rusiyanın nüvə silahından istifadə riskini dəyərləndirən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Devid Petreus deyib.

Onun sözlərinə görə, artıq geri dönüş imkanları tükənən Rusiya Prezidenti Vladimir Putin üçün hər şey daha da pis olacaq:

“Rusiya döyüş meydanında məğlub olmaqdadır. Onun Ukrayna ərazilərini tez-tələsik ilhaq etməsi də bununla bağlıdır.

Məncə, Avropa bu qış təbii qaz çatışmazlığı ilə üzləşsə belə, Ukraynaya yardım məsələsində “sınmayacaq”.

Putin üçün artıq hər şey daha da pis olacaq. Rusiyanın nüvə silahından istifadəsi də döyüş meydanında heç nəyi dəyişməyəcək. Ancaq onun nüvə şantajını ciddiyə almaq lazımdır.

Rusiya nüvə silahına əl atarsa, ABŞ ilə müttəfiqləri onun Ukraynada, Krımda, Qara dənizdə görünən və aşkarlanan bütün qüvvələrini məhv edəcəklər”.

www.yenicag.az

360
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv