!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın planı baş tutmadı: "Korrupsiyaya bulaşmış ölkələrdə..." - Ekspert

!Reklam – Yazi

“Ukrayna xüsusi xidmət orqanlarında münasibətdə olduğum adamlardan da öyrəndim ki, 2014-cü ildən bəri, maksimum 7 il ərzində köhnə heyəti dəyişməklə məşğul olublar”.

Bunu Rusiya ordusununUkraynadakı uğursuzluqlarının əsas səbəbləri, xüsusi xidmət orqanlarının fəaliyyətindəki çatışmazlıqlar və Ukraynanın aldığı tədbirləri şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında səsləndirib.

İlham İsmayıl bildirib ki, Ukrayna xüsusi xidmət orqanları və ordusu 7 il ərzində sovet təhsili görmüş şəxsləri təmizləmək və gənclərə üstünlük verməklə bu uğurları qazanır:

“2014-cü ildə Rusiya xüsusi xidmət orqanları Ukraynada baş verəcəklər üçün əvvəlcədən hazırlaşmışdılar. Hazırlıqda xüsusi dövr deyilən zaman kəsimi olur. Həmin dövrdə hansı təzyiq vasitələri varsa, ondan istifadə etmişdilər. Donbasda ilk rıçakları Federal Təhlükəsizlik Xidməti versə də, orada əsas lazım olan dağıdıcılıq idi. Bu funksiyanı isə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GRU) həyata keçirir. GRU-nun zabitləri, əsas da bu gün ortada olan Girkin Strelkov bu funksiyanı həyata keçirdi. GRU-nun əsas vəzifəsi dağıdıcılıqdır. Kimisə aradan götürmək, körpüləri partlatmaq, vəziyyəti gərginləşdirmək, yerli əhalinin dəstəyini alaraq hakimiyyəti dəyişmək. Bu işi 2014-cü ildə görə bildilər. Bunun səbəbləri də o idi ki, Ukrayna hakimiyyətində Yanukoviç idi və Rusiyanın həm xüsusi xidmət orqanlarına, həm də siyasi hakimiyyətə təsiri çox idi. Rusiyaya etiraz etmək, qarşı çıxmaq səviyyəsi olduqca aşağı idi.

Köhnə heyət dəyişəndə Rusiyanın xüsusi xidmət orqanlarının onlara təsir imkanları xeyli aşağı düşdü. Bununla yanaşı, orduda sovet təhsili almışları aradan götürdülər. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi gənclərdən ibarət heyət yığdı. Həmin idarənin rəisi Kril Budanova general-mayor rütbəsi verildi. Onun cəmi 37 yaşı var. Onun çox böyük işləri olub. Hamısı cavan heyətdir. Onların böyük rolu oldu ki, düşmənin ənənəvi “5-ci kolon”unun hərəkətini əvvəlcədən bilsinlər. Rusiyada isə bu işlə məşğul olan 5-ci şöbənin iki generalı – Beseda ilə Bluxa bu 7 il ərzində ayrılmış 5 milyard dolları yeməklə məşğul olublar. Onlar guya elə şərait yaradacaqdı ki, rusları gül-çiçəklə qarşılayacaqlar, Zelenski qaçacaq və asanlıqla Ukraynanı ələ keçirəcəklər. Ancaq onlar bunun üçün ayrılmış vəsaiti talayıblar. Korrupsiyaya bulaşmış ölkələrdə ayrılmış pulların yeyilməsi təbii haldır. Ona görə də onların Putinə verdiyi informasiyaların yalan çıxdığı bəlli oldu. Bundan əlavə, Ukrayna ordusunun professional olması, son 7 ildə NATO istiqamətində xüsusi təlimlər keçməsi, o cümlədən xüsusi xidmət orqanlarının peşəkarlığını artırmaq üçün onlara texniki dəstək verilməsi nəticəsində Rusiyanın budəfəki hücum planı alt-üst oldu”.

Ekspertin sözlərinə görə, Rusiya bilərəkdən kənar bölgələrdən müharibəyə əsgər göndərir:

“Rusiyanın texnikası, canlı qüvvəsi sıradan çıxarıldı. Rusiya müharibədə daha çox Sibir xalqlarından istifadə etdi. Mərkəzi şəhərlərdən – Moskva və Sankt-Peterburqdan çağırışçıları ora göndərmirlər. Bundan əlavə. Ukrayna ilə sərhədə yaxın yerləşən Belqorad, Rastovdan belə müharibəyə əsgər göndərmirlər.

Müharibədə ən vacib elementlərdən biri odur ki, rus əsgərinin motivasiyası yoxdur. Müharibə gedə-gedə elə çətinliklərə düşürlər ki, artıq azğınlaşırlar. Buçada baş verənlər həm də bunun nəticəsidir. Müharibənin yaratdığı psixologiya nəticəsində törətdikləri əməllərlə həm Rusiya rəhbərliyini söymüş olurlar, üstəlik Ukraynaya da aqressiyalarını ortaya qoyurlar”.

Səxavət Məmməd

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv