Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Rusiyanın qabağında sürünməyəcəyik” – Lukaşenko Moskvaya qəzəblənib

Belarus prezidenti Aleksandr Lukaşenko “Dostluq” kəməri ilə nəql olunan neftin çirkliliyinə görə ayrılmış kompensasiyanın məbləğindən narazıdır.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Aleksandr Lukaşenko ümumi məbləği 800 milyon dollar olan kompensasiyadan Belarusa cəmi 20 milyon dollar ayrılmasını ədalətsizlik kimi qiymətləndirib.

Belarus prezidenti ölkəsinə ayrılan kompensasiyanın məbləğinin artırılmasını istəyir:

“Hamıdan çox biz zərər çəkmişik. Amma bizə deyirlər ki, əşi, belaruslar nə itiriblər ki? 800 milyon dollar ayırırlar, bizə isə cəmi 20 milyon verirlər. Qışqırmaq və təzyiq göstərmək yox, maraqlarımızı qorumaq lazımdır. Ancaq bu, o demək deyil ki, dizüstə sürünməliyik. Oturub əməlli-başlı söhbət etməliyik”.

www.yenicag.az

851
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100