Rusiyanın qadağası

RusiyaRusiya prezidenti Vladimir Putin faşizm simvollarının ictimai nümayişini və təbliğatını qadağan edən qanun imzalayıb.

Moskva müxbirinin verdiyi məlumata görə, müvafiq qanun Rusiyada Nürnberq tribunalının qərarı ilə təqsirli bilinən və ya nasistlərlə əməkdaşlıq etmiş şəxslərin, təşkilatların simvollarının ictimai nümayişini və təbliğatını qadağan edir.

Qanunu pozan fiziki şəxslər 1000-2000 rubl cərimə ediləcəklər və 15 sutka azadlıqdan məhrum olunacaqlar. Vəzifəli şəxsləri 4 min rubl, hüquqi şəxsləri isə 50 min rubl cərimə gözləyir.

Xatırladaq ki, sözügedən qanun layihəsi bu ilin oktyabr ayında Dövlət Duması və Federasiya Şurası tərəfindəntəsdiq olunub.

(topnews.az)