Rusiyanın Qara dənizə düşən təyyarəsinin ikici “qara qutu”su tapıldı

teyyareRusiyanın qəzaya uğrayaraq Qara dənizə düşən “Tu-154” təyyarəsinin ikinci “qara qutu”su tapılıb.

Yeniçağ.Az Trend-ə istinadən xəbər verir ki, hazırda “qara qutu”nun dənizin dibindən çıxarılması üçün iş gedir.

Xartırladaq ki, “Tu-154” dekabrın 25-də Qara dəniz üzərində qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 92 nəfər, o cümlədən Aleksandrov ansamblının artistləri və 9 telejurnalist olub.

Yeniçağ.Az