Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Rusiyanın Qarabağda Türkiyə qoşunlarını istəmədiyini demək ..." - Hulusi Akar / VİDEO

Reklam: High Technic

“Ruslar Qarabağda türk əsgərini istəmirlər demək doğru deyil”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında Qarabağda yaradılacaq Ortaq Mərkəz barədə danışarkən bildirib.

“Ruslar ilə ortaq monitorinq mərkəzinin yeri müəyyənləşib. Ağdamda olacaq. İnşaat işləri davam edir. Rəhbərlik edəcək generalımız və şəxsi heyətimiz hazırdır. Atəşkəsə, əsasən, riayət edilir. Ruslar Qarabağda türk əsgərini istəmirlər demək doğru deyil. Onlar deyirlər ki, türk əsgərinin Qarabağdakı mövcudluğu Türkiyə ilə Azərbaycan arasında olan bir məsələdir. Biz Azərbaycan ilə danışacağıq. Məsələ Türkiyə ilə Azərbaycan arasındadır. Danışıb həll edəcəyik”, – deyə nazir qeyd edib.

www.yenicag.az

714