Rusiya Qızılxaç Cəmiyyətinin Azərbaycanın Qarabağ İqtisadi Zonasında yaşayan erməni əsilli vətəndaşlara Ağdam-Xankəndi yolu vasitəsilə aparmalı olduğu ərzaq və qeyri-ərzaq məhsullarını daşıyan yük maşını Bərdə şəhərinin mərkəzi küçələrindən birində gözləyir.
Yenicag.az xəbər verir ki, ilkin razılaşmanın əldə edilməsinə baxmayaraq separatçıların sonradan yaratdığı təxribat humanitar yükün hələ də Bərdə rayonunda gözləməsinə səbəb olub.
Qeyd edək ki, 14 gündür Ağdam-Xankəndi yolunda Qarabağda yaşayan erməni əsilli vətəndaşlara Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də apardığı 40 ton humanitar yük gözlədilir.
Səxavət Məmməd