!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Qarabağdakı özbaşınalıqlarına SƏRT REAKSİYA: "10 noyabr bəyanatından imtina edilsin"

!Reklam – Yazi

“Rusiya Azərbaycana qarşı bu şəkildə davranmağa davam edərsə, 10 noyabr bəyanatından imtina etmək gündəmə gəlməlidir”.

Bu fikirləri Qarabağda atəşkəsin intensiv pozulması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclası və mövcud reallıqda Azərbaycanın Rusiya təhlükəsinə qarşı atmalı olduğu addımları şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, nə Rusiya, nə də Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlanmasının marağındadır:

“Ukraynada müharibə davam etdiyi halda, Rusiya istəmir ki, Qafqazda sülh olsun. Paşinyan indi nə Rusiyaya sərf edir, nə də Ermənistandakı “Qarabağ klanı”na. Ermənistanın sabiq prezidentləri ayağa qalxıblar. Ordu tərkibində də onların çoxlu sayda tərəfdaşları var.

Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəs daha da intensiv pozulmağa başlayıb. Bunun arxasında “Qarabağ klanı”nı olsa da, onlara Rusiya dəstək verir. Əslində, baş verənlərin hamısının səbəkarı Rusiyadır. Bu çox davam edə bilməz. Atışmalar davam edərsə, Azərbaycan ordusu adekvat cavabını verəcək. Hadisələr bu şəkildə cərəyan etsə, aprel döyüşlərində olduğu kimi, lokal və qısamüddətli toqquşma ola bilər. Döyüşlər zamanı ermənilərə ağır zərbələr endiriləcək.

Hesab edirəm ki, Paşinyanın istefa verməsi ilə bağlı erməni mətbuatında gedən informasiyalar da oyunun bir parçası ola bilər. İnanmıram ki, ABŞ, Qərb Paşinyanın istefasına razılıq versin.

Sülhməramlıların özbaşınalığı artıq heç kimə sirr deyil. Məsələ o həddə gəlib çatıb ki, Ağdərədə rus icması yaradıblar. Bu isə Azərbaycan ictimaiyyəti arasında narahatlığa səbəb olub. Hətta bəzi ekspertlər Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelinə iradlarını bildiriblər. Ağdərə Azərbaycanın ayrılmaz hissəsidir. Orada hər hansı bir icma qurulsa belə, o, Azərbaycanla razılaşdırılmalı idi. Razılaşdırmanın olmaması, Zabelinin susması isə, əslində, dönən çirkin oyunlardan xəbər verir. Hesab edirəm ki, Azərbaycan Rusiyaya ciddi şəkildə xəbərdarlıq etməlidir. Bunlar hamısı Rusiya qarşısında qaldırılmalıdır. Əgər belə davam edərsə, 10 noyabr bəyanatından imtina etmək gündəmə gəlməlidir. Onsuz da bəyanatın şərtləri yerinə yetirilmir.

Azərbaycan sülhməramlıların fəaliyyətinin 5 ilinin tamam olmasına 6 ay qalmış bundan imtina etməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

1549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv