!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyanın Qarabağdakı saymazlığı Azərbaycanın demarşına qədər davam edəcək” – Araz Əlizadə

!Reklam – Yazi

“Üçtərəfli sazişdən çıxmaq, müvafiq müqavilələri dəyişdirmək və sair addımlar atıla bilər”.

Bu fikirləri Qarabağda yerləşdirilmiş Rusiya hərbi kontingentinin 10 noyabr 2020-ci il tarixli məlum üçtərəfli bəyanatda nəzərdə tutulmayan hərbi texnikadan istifadə ilə təlim keçirməsinə münasibət bildirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Onun sözlərinə görə, Azərbaycan bu məsələdə diplomatik fəallığını daha da artırmalıdır:

“Rusiyanın Qarabağdakı hərbi kontingentinin üçtərəfli bəyanatda razılaşdırılmış qaydalardan kənara çıxması Azərbaycanın demarşına qədər davam edəcək. Yəni onların belə hərəkətlərinə dözdüyümüz qədər, bundan əl çəkməyəcəklər. Dözməyəcəyiksə, buna son qoyacaqlar.

Azərbaycan bu məsələni diplomatik yolla tənzimləməlidir. Diplomatiyanın da nəticəsi olmasa, bu artıq prezidentin işidir. Üçtərəfli sazişdən çıxmaq, müvafiq müqavilələri dəyişdirmək və sair addımlar atıla bilər. Bu məsələlər birinci şəxslər tərəfindən həll edilməlidir”.

A.Zeynalov

www.yenicag.az

653
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv