Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Rusiyanın qaz monopoliyası

78342“Bu gün biz Rusiyadan çox asılıyıq, ona görə də Azərbaycan və digər təchizatçı ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsinə diqqət yetirməliyik. Enerji İttifaqı baxımından əsas prioritetlər bunlardır.”

Bunu Avropa Parlamentinin danimarkalı deputatı, Sənaye, Tədqiqat və Enerji Komissiyasının sədr müavini Morten Helveq Petersen bildirib.

O deyib ki, Enerji İttifaqı enerji effektivliyinin artması və enerji təchizatı sektorunda dekarbonizasiyası ilə nəticələnməlidir. Bunlardan da vacibi enerji mənbələrinin diversifikasiyasıdır. Bu, məsələdə Azərbaycanla əməkdaşlıq zəruridir.

Onun sözlərinə görə, Rusiya Mərkəzi və Cənubi Avropa ölkələrinə təbii qaz təchizatında demək olar ki, monopoliya yaradıb. Bu isə onun fərqli ölkələri bir-biri ilə qarşı qoyaraq daha əlverişli müqavilələr bağlamasına xidmət edir. Bu gün Avropa ölkələri Rusiya təbii qazına Çindən daha çox pul ödəyir. Rusiya ilə danışıqlarda söz sahibi olmaq üçün alıcıların birləşərək dominant alıcı vasitəsilə bazarda natarazlığını qoruması məqsədəuyğundur. Məncə, bu, Aİ istehlakçılarına fayda verən “Üçüncü Enerji Paketi”nə zidd deyil. Təbii qazın birgə alışının faydası təkcə Mərkəzi və Şərqi Aİ üzv ölkələri ilə məhdudlaşmayacaq. (anspress.com)

www.yenicag.az

292