!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyanın Qazaxıstana MÜDAXİLƏSİ: "Türkiyənin fəallığı bir çox məsələlərdə həlledici ola bilər"

Reklam: Sinerji Pro

“Rusiya Qazaxıstanı tam ram edib Belarus kimi özünə qoşsa, bu, yeni imperiyanın əsas nüvəsi sayılacaq”.

Bu sözləri Qazaxıstanda baş verən proseslər, Rusiyanın aqressiyasının səbəbləri və postsovet ölkələrini gözləyən təhlükəni şərh edən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, Rusiyanın yalnız hərbi gücü var, siyasi, iqtisadi cəhətdən yoxsuldur, ənənəvi KQB metoduna söykənir və özünə uyğun hakimiyyət müəyyən edir:

“Təkin hakimiyyəti Rusiya üçün ən sərfəli modeldir. Tokayev Nazarbayevin varisidir, eyni zamanda o, Rusiyanın yetirməsidir. Rusiya Nazarbayevdən sonrakı dönəmi qurmağa çalışır.

KTMT-nin Qazaxıstana sülhməramlı adı ilə qoşun yeritməsi Tokayev vasitəsi ilə bu ölkədə iddialarını gerçəkləşdirmə planıdır. Rusiya artıq bir sıra addımlar atıb. Krım məsələsi, Ukrayna sərhədinə qoşun yeridib, keçmiş Dağlıq Qarabağ vilayətinə qoşun yeridib, Gürcüstanın bir hissəsini işğal edib. Bunlar hamısı ikinci SSRİ qurmaq planının tərkib elementidir. Qazaxıstan Orta Asiyanın, türk dünyasının ciddi sütunlarından biridir. Nazarbayev də bu istiqamətdə fəaliyyət göstərirdi. Nazarbayev özü avtoritar idi, bunu qoyaq bir kənara. ancaq türk milli kimliyi ilə bağlı müəyyən çabaları var idi. Balanslı bir xəttlə bir tərəfdən Rusiyanı razı salıb, digər tərəfdən də milli kimliyi ilə bağlı fəaliyyət göstərirdi. Təbii ki, bu, Rusiyanı qane edə bilməzdi.

Təəssüflər olsun ki, Qazaxıstanda xalq hakimiyyəti yoxdur. Hakimiyyət mənimsənilib, oliqarxların idarə etdiyi bir məmləkətdir. Rusiya burada meydan oxuyur”.

Zəlimxan Məmmədli hesab edir ki, Rusiya son saatlarını xərcləyir:

“Rusiyanın hərbi gücü olsa da, ideoloji dayağı yoxdur. Bu o deməkdir ki, iflas olacaq. Nüvə başlığı ilə hərəkətə keçərsə, dünyada fəlakət yaşana bilər. Rusiyanın bir dənə də olsun içdən gələn dost dövləti yoxdur.

Qazaxıstanda daxili gərginlik olacaq. Gərginlik xalqın fəallaşmasına gətirib çıxaracaq. Rusiyanın əleyhinə olan qüvvələr hərəkətə keçəcək. Rusiya çalışacaq ki, bu metodlarla Özbəkistana, Türmənistana müdaxilə etsin. Rusiya Qarabağa hərbi qüvvə yeritsə də, bu onu qəbul etmir. Çünki siyasi mərkəz Bakıdır. Bizə də 5-ci kolon vasitəsi ilə təsir edə bilər. Rahatam ki, Azərbaycanda döyülsə də, söyülsə də, kütlənin bəlli bir qismini idarə edə biləcək gücdə müxalifət var. Azərbaycan Qazaxıstandan fərqli müstəvidədir. Bütün hallarda Qərbin mövqeyi önəmlidir. ABŞ-nin Bayden administirasiyası kifayət qədər israrlı görünür. Bu proseslər hətta onun maraqlarına uyğundur.

Düşünürəm ki, Türkiyə fəallaşmalıdır. Türkiyənin fəallığı bir çox məsələlərdə həlledici ola bilər”.

Səxavət Məmməd

www.yenicag.az

183
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100