Paşinyanın silahdaşı Ukrayna prezidentinin İrəvana mümkün səfəri ilə bağlı Rusiyanın reaksiya barədə fikir bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə fevralın 26-da jurnalistlərlə söhbətində hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Qaqik Melkonyan danışıb.
“Əgər Ukrayna prezidenti Volodimir Zelenski Ermənistana gəlmək qərarına gəlibsə, o zaman biz onu qəbul etməliyik. Problem yoxdur”, – deputat deyib.
Rusiyanın bu səfərə necə reaksiya verəcəyi ilə bağlı suala Melkonyan belə cavab verib:
“Rusiyanın necə reaksiya verəcəyi və ya verməyəcəyi bizi maraqlandırmır, bu, onun işidir.
Biz yalnız öz dövlətimizin maraqlarını düşünürük, yalnız ölkəmizin maraqlarını rəhbər tutmalıyıq”.
Xuraman Etibarlı