“Ölkəmiz bu cür silahların istifadəsi ilə münaqişənin nəticələrinin ciddiliyini anlayaraq, nüvə silahından istifadə etmək istəmir”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsi fonunda nüvə silahından istifadə ehtimallarından danışan politoloq Aleksey Malinin deyib. Onun sözlərinə görə, dünyada ən böyük nüvə başlıqları ehtiyatı Rusiyanın əlindədir.
“Bizə qarşı artan təhdidlərə cavab vermək məcburiyyətindəyik. Çünki Ukrayna durmadan Qərb silahları ilə təmin edilir. Bu isə birmənalı olaraq müharibənin uzanmasına xidmət edir. Üstəlik, NATO da Rusiya sərhədləri ətrafında öz infrastrukturunu inkişaf etdirir”, – deyə o qeyd edib.
O əlavə edib ki, nəticədə Rusiyanın təhlükəsizliyi üçün təhdidlər artır. “Moskva, suverenliyi mümkün vasitələrlə müdafiə etməyə hazırdır. Lakin ölkəmiz bu cür silahların istifadəsi ilə münaqişənin nəticələrinin ciddiliyini anlayaraq nüvə silahından istifadə etmək istəmir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli