Rusiyanın təklif etdiyi yeni konstitusiya: Kürdlərə xüsusi status verilməsi istənilir – Türkiyənin Əsədlə barışıq PROSESİ

Türkiyənin Əsəd administrasiyası ilə barışıq prosesi zamanı Suriyanın şimalında baş verən hadisələr mənalı deyil, konkret səbəblərə söykənən reallıqdır.

Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalı məlumat yayıb.

Kanal yazır ki, Suriyanın şimalında fəaliyyət göstərən qruplaşmalar Əsəd administrasiyasının gözündə separatçıdır.

“Türkiyə ilə Suriyanın yaxınlaşması son mərhələdə bölgədəki təsirin Əsəd administrasiyasına keçməsi deməkdir. Xüsusilə bu qüvvələr ilə Suriya hakimiyyəti arasında incə fərq bu idi ki, Əsəd hakimiyyətdən gedərsə, bu qüvvələr nusreyi, druz erməniləri, Əsəd hakimiyyəti tam ələ keçirərsə, bu qüvvələri sıradan çıxardacaq”, – deyə məlumatda bildirilib.

“Yeri gəlmişkən, Əsəd ailəsi ortodokslara indiyə qədər müəyyən güzəştlər versə belə, güc strukturları hər zaman nusreyi cəbhəsində saxlanılıb.

Türkiyə üçün burada əsas güc hər zaman sosial dəstək olub. İndi həmin dəstək də aradan qalxsa, bu Ankara üçün gələcəkdə problemlər yarada bilər. Əsədlə anlaşıb YPG problemini həll etmək ehtimalı da qeyri-müəyyəndir. Çünki Rusiyanın təklif etdiyi yeni konstitusiyada kürdlərə xüsusi status vermək təklif olunur”, – deyə analitik məqalədə qeyd olunub.

Rafi Müslümov

COP29