!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın Türkiyədə yeni səfiri kim olacaq?

!Reklam – Yazi

rusiyaRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Privoljski federal dairəsinin səlahiyyətli nümayəndəsi Mixail Babiçin RF-nin Türkiyədə səfiri təyin olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Bundan əvvəl “Dojd” telekanalı bildirmişdi ki, M.Babiç Türkiyədə yeni səfir təyin edilə bilər.

Məsələyə münasibət bildirən D.Peskov deyib: “İlk dəfədir eşidirəm”.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

 

Yenicag.az

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv