Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Rusiyanın Türkiyəyə münasibəti dəyişməyəcək”

setrytyuy_34857768Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulan “SU-24” təyyarəsinin “qara qutusun”dan müəyyən ediləcək məlumatlardan asılı olmayaraq, Rusiyanın Türkiyəyə münasibəti dəyişməz qalacaq.

Bu barədə Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə bildirib. Onun sözlərinə görə, “qara qutu”nun “oxununlması” prosedurunda iştirak etmək istəyənlərin hamısını dəvət etmək lazımdır.

“Bu başdan qeyd etmək istərdim ki, müəyyən ediləcək məlumatlardan asılı olmayaraq, bizim Türkiyə hakimiyyətinin törətdiyi əmələ münasibətimiz dəyişməyəcək. Bir daha demək istəyirəm ki, biz Türkiyəyə yalnız dost ölkə deyil, terrorla mübarizədə müttəfiq sayırdıq və heç kim alçaqcasına və xaincəsinə kürəyə vurulan bu cür zərbəni gözləmirdi”, deyə Putin qeyd edib.(APA)

www.yenicag.az

158